"Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi qiymətləndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasında dövlət investisiya qoyuluşunun səmərəliliyini artırmaq Dövlət İnvestisiya Proqramının tərtibi icrası prosesini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi qiymətləndirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. qüvvədə olan normativ hüquqi aktların "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi qiymətləndirilməsi Qaydaları"na uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmanın 1-ci bəndi ilə təsdiq olunan Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan dövlət investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi ekspertizasına dair təlimatı hazırlayıb təsdiq etsin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

3.1. "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi qiymətləndirilməsi Qaydaları"nın 3.21-ci bəndində nəzərdə tutulmuş sifarişçi təşkilatların layihələrin icrası ilə bağlı rüblük illik hesabat formalarını 4.2-ci bəndində nəzərdə tutulmuş "Dövlət İnvestisiya Proqramına daxil edilən layihələrin icrasının monitorinqinə dair xüsusi hesabat forması" hazırlayıb təsdiq etsinlər;

3.2. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2010-cu il

 

Azərbaycan.- 2010.- 18  mart.- S.  2.