2009-cu il noyabrın 11-də Bakı şəhərində imzalanmışAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2009-cu il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ümumdünya Gömrük Təşkilatını xəbərdar etsin.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il 

 

Azərbaycan.- 2010.- 19  mart.- S.  2.