“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanına və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹3, maddə 239; 2008-ci il, ¹1, maddə 4, ¹3, maddə 168, ¹8, maddə 722, ¹11, maddə 970; 2009-cu il, ¹1, maddə 11, ¹4, maddə 221, ¹7, maddə 532, ¹12, maddə 983; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 219 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 9.9-cu bənddə “yaşama” sözündən sonra “, yaşayış yeri üzrə qeydiyyat” sözləri əlavə edilsin;

1.2. 9.30-cu bənddə letmək” sözündən sonra “, informasiya təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 9.33-1-ci və 9.33-2-ci bəndlər əlavə edilsin:

“9.33-1. Dövlət Miqrasiya Xidməti sistemi işçilərinin, habelə onların ailə üzvlərinin sosial müdafiəsi üzrə tədbirlər görmək, onlara tibb xidmətinin göstərilməsini təmin etmək, o cümlədən işçilərin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə və digər tədbirləri həyata keçirmək;

9.33-2. Dövlət Miqrasiya Xidməti sistemi işçilərinin məcburi sığortasını, qanunla nəzərdə tutulmuş vəzifəli şəxslərin və onların yaxın qohumlarının dövlət müdafiəsini təmin etmək;”;

1.4. 16.5-ci bənddə “şöbə müdirlərini və regional idarələrinin rəhbərlərini” sözləri “baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 16.11-1-ci və 16.12-3-cü bəndlər əlavə edilsin:

“16.11-1. dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına əlavələr təyin edir, o cümlədən qulluq stajına, xüsusi rütbələr və ixtisas dərəcələrinə görə əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

16.12-3. Dövlət Miqrasiya Xidmətinin rəmzlərinin təsis edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹9, maddə 872; 2008-ci il, ¹3, maddələr 169, 186, ¹5, maddə 364, ¹6, maddələr 483, 504, ¹12, maddə 1057; 2009-cu il, ¹2, maddələr 59, 73, 69, ¹5, maddə 321, ¹6, maddə 421, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 216 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı məzmunda 15-ci bənd əlavə edilsin:

“15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti adından:

15.1. Məcəllənin 330-cu, 331-ci, 339-cu və 340-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində)-Xidmətin rəisi, onun müavinləri, Xidmətin Miqrasiya nəzarəti baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin idarələrinin rəisləri, onların müavinləri, müvafiq şöbələrinin rəisləri, baş inspektorları, regional miqrasiya idarələrinin rəisləri, onların müavinləri, həmin idarələrin müvafiq şöbələrinin rəisləri, baş inspektorları”.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2010-cu il 

 

Azərbaycan.- 2010.-  19 mart.- S.  3.