Azərbaycan Prezidenti İlham Əliyev Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Sinqapur arasında münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı marağın yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın perspektivlərini müzakirə etmək üçün Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun Azərbaycana səfərinin yaxşı imkan yaratdığını qeyd etdi əminliklə bildirdi ki, bu səfər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdirilməsi işinə xidmət edəcək.

Azərbaycana səfər edən ilk sinqapurlu nazir olduğunu deyən Corc Yonq-Bun Yeo ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Sinqapur Prezidenti Sellapan Rama Natananın Azərbaycan Prezidenti İlham Əliyevi Sinqapura dövlət səfərinə dəvət edən rəsmi məktubunu dövlətimizin başçısına təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 mart.- S.  1.