Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İseni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Türkiyə Respublikası Prezidenti Administrasiyasının baş katibi Mustafa İseni qəbul etmişdir.

Mustafa İsen Türkiyə Prezidenti Abdullah Gülün salamlarını Novruz bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, 1994-cü ildən başlayaraq Azərbaycana artıq dördüncü dəfə səfər etdiyini deyərək, ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin rəhbərliyi altında Bakının ümumilikdə Azərbaycanın böyük inkişafa nail olduğunu görməkdən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını bayram təbriklərini Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 mart.- S.  1.