Prezident İlham Əliyev Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik abadlıq işlərinin gedişi ilə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Bakının Qaradağ rayonunda yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimindən qayıdarkən yolüstü Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində həyata keçirilən tədbirlərin gedişi ilə bağlı məlumat verdi.

Qeyd edildi ki, dövlət başçısının təşəbbüsü birbaşa tapşırığı ilə respublikamızın müxtəlif yerlərində, o cümlədən Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində son illər, eləcə 2010-cu "Ekologiya ili"ndə geniş təmizlik abadlıq tədbirləri həyata keçirilmişdir. Bugünədək təkcə Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində 526 hektar çirkli torpaq sahəsinin monitorinqi aparılmış, 216 hektar ərazi mexaniki bioloji üsullarla rekultivasiya edilmişdir.

Təmizlənmiş ərazilərdə 60 mindən artıq müxtəlif ağac, kol gül tingləri əkilmişdir. İstismar quyularını qapalı sistemə keçirmək üçün mədənlərdə lay suları axıdılan torpaq kanal dəmir-beton kanalla əvəz olunmuş, min kubmetrlik iki rezervuar tikilmiş, 800 metr uzunluğunda metal boru xətti korroziyaya davamlı şüşə-plastik boru ilə əvəz olunmuş, bir neçə gölməçə qurudulmuşdur. Ərazidə ləğv edilmiş bütün dor qüllələr sökülmüş, istismar quyularının ətrafında abadlıq işləri aparılmışdır. Qeyri-perspektivli hesab edilən 232 quyu istismardan çıxarılmışdır. Yatağın dəniz quru hissələrində yararsız hala düşmüş estakada meydançaları özüllər, yeraltı yerüstü boru xətləri, rezervuarlar digər metal konstruksiyalar sökülmüş, batmış yarımbatmış gəmilər qaldırılaraq metal qırıntısı kimi təhvil verilmişdir.

Nəqliyyat vasitələrindən atmosfer havasına atılan qazların tərkibinə nəzarət etmək üçün Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində ekoloji yoxlama-ölçmə məntəqəsi tikilmiş müasir cihazlarla təchiz olunmuşdur.

Həyata keçirilən təmizlik abadlaşdırma tədbirləri ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq tövsiyələrini verdi.

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 mart.- S.  1.