Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikasının qanunlarına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 417; 1998-ci il, ¹ 7, maddə 444; 1999-cu il, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 3, maddə 151, ¹ 11, maddə 697, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 8, maddə 463; 2004-cü il, ¹ 1, maddə 10; 2006-cı il, ¹ 5, maddə 390, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 11, maddə 1053) 10-1.3.1-ci maddəsində “mülki-hüquqi, inzibati və ya cinayət” sözləri “mülki-hüquqi və ya inzibati” sözləri ilə əvəz edilsin, “görülməsi” sözündən sonra “, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi” sözləri əlavə edilsin.

II. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 405; 2001-ci il, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 242; 2003-cü il, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 202, ¹ 5, maddə 314, ¹ 6, maddə 397; 2005-ci il, ¹ 2, maddə 62; 2006-cı il, ¹ 2, maddə 67, ¹ 11, maddə 923, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 11, maddələr 1053, 1082; 2008-ci il, ¹ 5, maddə 354; 2009-cu il, ¹ 6, maddə 410) 19-cu maddəsinin 3-cü bəndinə aşağıdakı məzmunda 5-1-ci yarımbənd əlavə edilsin:

“5-1) ”Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə;".

III. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 480; 2001-ci il, ¹ 11, maddə 676, ¹ 12, maddə 744; 2004-cü il, ¹ 4, maddə 202, ¹ 9, maddə 667; 2005-ci il, ¹ 2, maddə 62; 2007-ci il, ¹ 7, maddə 712; 2008-ci il, ¹ 5, maddə 339; 2009-cu il, ¹ 6, maddə 395) 2-ci maddəsinə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin, on ikinci və on üçüncü abzaslar müvafiq olaraq on üçüncü və on dördüncü abzaslar hesab edilsin:

“dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;”.

IV. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 690; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 242; 2004-cü il, ¹ 4, maddə 202; 2005-ci il, ¹ 2, maddə 62; 2007-ci il, ¹ 11, maddə 1082) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 8-ci maddənin 2-ci bəndinə aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:

“Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.";

2. 11-ci maddənin 3-cü bəndində “təsdiq edir və öz əhalisinə çatdırırlar” sözləri “təsdiq edir və yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s.) onlara çatdırırlar” sözləri ilə əvəz edilsin.

V. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, (II kitab), maddə 585; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 6, maddə 276; 2004-cü il, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005-ci il, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007-ci il, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517; Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 923-IIIQD nömrəli Qanunu) 207.1.2-ci maddəsində “isə 20 (iyirmi) gündən” sözləri “20 (iyirmi) gündən, bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən” sözləri ilə əvəz edilsin.

VI. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 11, ¹ 12, maddə 706; 2005-ci il, ¹ 12, maddə 1083; 2006-cı il, ¹ 12, maddə 1005) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 4.1.7-ci maddə əlavə edilsin:

“4.1.7. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra - rəsmi internet saytı) yaradır.” ;

2. 5.3-cü maddənin birinci cümləsində “etdirilir” sözündən sonra “və rəsmi internet saytında yerləşdirilir” sözləri əlavə edilsin;

3. 11.1-ci maddədə 41.1-ci maddənin birinci cümləsindəetdirirsözündən sonra rəsmi internet saytında yerləşdirirsözləri əlavə edilsin;

4. 17.2-ci maddənin ikinci cümləsindəməqsədi iləsözlərindən sonrabir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabınasözləri əlavə edilsin;

5. 22.1-ci maddənin dördüncü abzasındatender elanınısözlərindən əvvəltender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu tender elanı təsdiq edildikdən sonrasözləri əlavə edilsin;

6. 25.1-ci 25.2-ci maddələrdəvasitələrindəsözündən sonra “, habelə rəsmi internet saytındasözləri əlavə edilsin;

7. 48.2-ci maddədənbildiriş dərc edilməsini qənaət səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna olmaqla,” sözləri çıxarılsın.

VII. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 470; 2007-ci il, ¹ 10, maddə 934; 2009-cu il, ¹ 1, maddə 7) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin 7.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“7.8. daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına ya auditor təşkilatlarına həvalə edir cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 20  mart.- S.  3.