“Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında”, “Bələdiyyələrin statusu haqqında”,
“Hesablama Palatası haqqında”, “Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında”, “Dövlət
satınalmaları haqqında”, “Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının qanunlarına və
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında”, “Bələdiyyələrin statusu haqqında”,
“Hesablama Palatası haqqında”, “Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında”, “Dövlət
satınalmaları haqqında”, “Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarına və Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1.
qüvvədə olan qanunvericilik aktlarının
“Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında”,
“Bələdiyyələrin statusu haqqında”, “Hesablama
Palatası haqqında”, “Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında”, “Dövlət
satınalmaları haqqında”, “Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikasının
qanunlarına və Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. öz
səlahiyyətləri daxilində həmin Qanundan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2010-cu il
Azərbaycan.-
2010.- 20 mart.- S. 3.