Azərbaycan alimləri İslamabadda keçirilmiş
"Sufizm və sülh" adlı beynəlxalq konfransda iştirak etmişlər
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, martın 16-dan 18-dək İslamabad Milli Kitabxanasında Pakistan Ədəbiyyat Akademiyasının təşkilatçılığı ilə "Sufizm və sülh" adlı beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Pakistan ictimaiyyətinin tanınmış ziyalıları ilə yanaşı, 50-dən çox ölkənin alim və yazıçıları iştirak etmişlər.
Bu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Naxçıvan Dövlət Universitetinin dosentləri Vaqif Məmmədov və Xanəli Kərimli təmsil etmişlər. Vaqif Məmmədovun "Orta əsrlər Azərbaycan poeziyasında sufizm və onun region ölkələrinə təsiri" adlı məruzəsi dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Pakistan Prezidenti Asif Əli Zərdari konfrans iştirakçılarını prezident sarayında qəbul edərək onların qarşısında çıxış etmiş, qonaqlara Prezidentin adından nahar verilmişdir.
Tədbirlərdə Azərbaycanın
bu ölkədəki səfiri Eynulla Mədətli də iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 20
mart.- S. 12.