Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin
gücləndirilməsi məqsədilə Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 475; 2001-ci il, ¹ 11, maddə 676; 2002-ci il, ¹ 5, maddə 258; 2004-cü il, ¹ 3, maddə 133; 2005-ci il, ¹ 10, maddə 871; 2009-cu il, ¹ 2, maddə 46) 1-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 11-ci abzas aşağıdakı redaksiyada verilsin:
"terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;";
2. aşağıdakı məzmunda 12-ci abzas əlavə edilsin:
"pul vəsaitləri və ya digər əmlak - əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, həmçinin bank kreditləri, yol çekləri, bank çekləri, poçt göndərişləri, səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də daxil olmaqla, bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar."
II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD nömrəli və 4 dekabr tarixli 924-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 32.5-ci maddədə "alətləri gizlətməyi, belə alətləri almağı və yaxud satmağı" sözləri "pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi" sözləri ilə əvəz edilsin;
2. 193-1.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
"193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni:
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi -";
3. 194-cü maddədə:
3.1. maddənin adı aşağıdakı redaksiyada verilsin: "Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə ";
3.2. 194.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"194.1. Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə -
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.";
4. aşağıdakı məzmunda 202-2-ci və 203-1-ci maddələr əlavə edilsin:
"Maddə 202-2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
202-2.2. Eyni əməllər:
202-2.2.1. təkrar törədildikdə;
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -
üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində "insayder" dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür."
"Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
203-1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
203-1.2. Eyni əməllər:
203-1.2.1. təkrar törədildikdə;
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.";
5. 214-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə
Əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi - əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan qaldırmır.
2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.".
III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD, 897-IIIQD, 26 noyabr tarixli 923-IIIQD, 4 dekabr tarixli 924-IIIQD, 929-IIIQD və 15 dekabr tarixli 931-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 212-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -
fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 212-ci maddəsində "insayder" dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 212-ci maddəsində "az miqdarda" dedikdə yeddi min manatadək olan məbləğ başa düşülür.";
2. 234-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldəetmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
Cinayət yolu ilə əldə edildiyini bilə-bilə az miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə
- inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 234-cü maddəsində "az miqdarda" dedikdə min manatadək olan məbləğ başa düşülür.";
3. 360.1-ci maddədə "348-3" rəqəmindən sonra "(monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə)" sözləri əlavə edilsin.
IV. Azərbaysan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, (II kitab), maddə 585; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 6, maddə 276; 2004-cü il, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; ¹ 11, maddə 890; 2005-ci il, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64; ¹ 5, maddə 390; ¹ 10, maddə 847, ¹ 11, maddə 929, 12, maddə 1032; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607; ¹ 12, maddələr 1045, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 923-IIIQD nömrəli qanunu) 215.3.1-ci maddəsində "202, 202-1, 203," rəqəmləri "202 - 203-1," rəqəmləri ilə əvəz edilsin.
V. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 2, maddə 58) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"1.0.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir;";
2. 1.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"1.0.4. terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;";
3. 1.0.11-ci maddədə "hər hansı xidmətindən" sözlərindən sonra "daimi və ya qeyri-müntəzəm" sözləri əlavə edilsin;
4. 4.0.8-ci, 4.0.11-ci və 6.1.3-cü maddələrdə "hüquqi" sözləri "fiziki və ya hüquqi" sözləri ilə əvəz edilsin;
5. 5.1-ci maddədə "müştərinin və benefisiarın eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması və bu qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi ilə bağlı tələbinə" sözləri "9-11-ci və 12-1-ci maddələrinin tələblərinə" sözləri ilə əvəz edilsin;
6. aşağıdakı məzmunda 5.4-cü və 6.5-ci maddələr əlavə edilsin:
"5.4. Hüquqi şəxs olan monitorinqdə iştirak edən digər şəxslər bu qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər.
6.5. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu qanunun 9-12-ci maddələrinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi qaydaları müvafiq nəzarət orqanları tərəfindən müəyyən edilir.";
7. 7-ci maddə üzrə:
7.1. 7.1-ci maddədə "(bundan sonra - limit) Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "maliyyə monitorinqi orqanı" sözləri ilə əvəz edilsin;
7.2. 7.2-ci maddədə "monitorinq olunur" sözləri "barədə məlumatlar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur" sözləri ilə əvəz edilsin;
7.3. 7.2.3-cü maddədə "bank hesablarından həyata keçirilən əməliyyatlar" sözləri "pul vəsaitləri və ya digər əmlakla əməliyyatları" sözləri ilə əvəz edilsin;
7.4. aşağıdakı məzmunda 7.2.5-ci, 7.4-cü və 7.5-ci maddələr əlavə edilsin:
"7.2.5. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada siyahısı təsdiq edilmiş şəxslərlə əməliyyatlar.
7.4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə davamlı olaraq riayət etməyən dövlətlərin fiziki və ya hüquqi şəxsləri ilə işgüzar münasibətlərə və əməliyyatlara dair məhdudiyyətlər və ya xüsusi tələblər müəyyən edilə bilər.
7.5. Monitorinq iştirakçılarının bu qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərdə (ərazilərdə) fəaliyyət göstərən filialları və törəmə hüquqi şəxsləri yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunmursa, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməlidir. Monitorinq iştirakçılarının xarici filiallarına və törəmə hüquqi şəxslərinə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə əməl edilməsi onların yerləşdiyi ölkənin qanunvericiliyi ilə qadağan olunursa, monitorinq iştirakçıları bu barədə müvafiq nəzarət orqanlarına yazılı məlumat verməlidir.";
7.5. 7.3-cü maddənin birinci cümləsində "maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilir" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilir və dərc olunur" sözləri ilə əvəz edilsin;
7.6. 7.3-cü maddənin ikinci cümləsində "həmin siyahı" sözlərindən sonra "və bu qanunun 7.2.5-ci maddəsində göstərilən şəxslərin siyahısı" sözləri əlavə edilsin;
8. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 9. Müştərilərin və benefisiarların eyniləşdirilməsi
9.1. Monitorinq iştirakçılarına anonim hesabların, uydurma adlara hesabların və anonim əmanət hesablarının açılması, anonim depozit sertifikatlarının buraxılması qadağandır.
9.2. Monitorinq iştirakçıları aşağıdakı hallarda müştərinin və benefisiarın eyniləşdirilməsi üçün tədbirlər görməlidir:
9.2.1. işgüzar münasibətlər yaradılmasından əvvəl;
9.2.2. on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
9.2.3. məbləğindən asılı olmayaraq hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;
9.2.4. pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;
9.2.5. müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda.
9.3. Əməliyyatın ümumi məbləği əməliyyatın icra olunmasından əvvəl məlum deyilsə, müştərinin və benefisiarın eyniləşdirilməsi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.
9.4. Hüquqi şəxsin eyniləşdirilməsi onun nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti əsasında aparılır. Monitorinq iştirakçıları hüquqi şəxsin adından çıxış edən səlahiyyətli nümayəndədən notariat qaydasında təsdiq olunmuş etibarnaməni tələb etməli və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Monitorinq iştirakçıları hüquqi şəxsin nizamnaməsi və dövlət qeydiyyatına alınması haqqında sənəd əsasında hüquqi şəxsin hüquqi ünvanını, təşkilati-hüquqi formasını, təsisçilərin adını, həmçinin hüquqi şəxsin hüquqi statusunu müəyyən etməlidirlər.
9.5. Fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
9.6. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.
9.7. Eyniləşdirmə üçün təqdim olunan şəxsiyyəti təsdiq edən sənədin surəti, habelə müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamənin, notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin surətləri monitorinq iştirakçısında saxlanılmalıdır.
9.8. Monitorinq iştirakçıları bu qanunun 9.2-ci maddəsində nəzərdə tutulan hallarda etibarlı mənbələr vasitəsilə müştəri və benefisiar barəsində əldə olunmuş eyniləşdirmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməlidir. Monitorinq iştirakçıları hüquqi şəxs olan müştərinin səhmdarlarının və hüquqi şəxsin rəhbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Monitorinq iştirakçıları hüquqi şəxs olan müştəriyə nəzarəti həyata keçirən, hüquqi şəxsin əsl sahibi olan və ya son nəticədə hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslərin müəyyən edilməsi üçün də tədbirlər görməlidir.
9.9. Hüquqi şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:
9.9.1. hüquqi şəxsin təqdim etdiyi məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlarla üzləşdirilməsi;
9.9.2. hüquqi şəxsin fəaliyyəti barədə kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından və ya rəsmi nəşrlərdən məlumatların əldə olunması;
9.9.3. əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatları ilə üzləşdirilməsi.
9.10. Fiziki şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:
9.10.1. doğum haqqında şəhadətnamə, pasport, sürücülük vəsiqəsi və ya digər rəsmi sənəd əsasında doğum tarixinin təsdiqlənməsi;
9.10.2. mənzil-kommunal xidməti və ya qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzləri, yaxud mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi əsasında yaşayış yeri üzrə qeydiyyatın təsdiqlənməsi.
9.11. Monitorinq iştirakçıları müştərinin onlarla işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatı müştəridən əldə etməlidir.
9.12. Monitorinq iştirakçıları müştərinin işgüzar münasibətləri və həyata keçirilmiş əməliyyatlarına dair əldə olunmuş məlumatların mütəmadi qaydada yeniləşdirilməsi üzrə tədbirlər görməlidir. Monitorinq iştirakçıları tərəfindən məlumatların mütəmadi qaydada yeniləşdirilməsi üzrə tətbiq olunan tədbirlər aşağıdakılardır:
9.12.1. həyata keçirilmiş əməliyyatın müştəri, onun sahibkarlıq fəaliyyəti və vəsaitlərinin mənbəyi barədə məlumatlara uyğun gəlməsinin təmin edilməsi məqsədilə həmin əməliyyatın təhlili;
9.12.2. yüksək riskli müştərilər və ya işgüzar münasibətlər barədə mövcud olan məlumatların tədqiq edilməsi yolu ilə müştərinin eyniləşdirilməsinə dair əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi.
9.13. Bu qanunun 9-cu maddəsində nəzərdə tutulan eyniləşdirmə və verifikasiya tədbirləri ilə yanaşı, monitorinq iştirakçıları aşağıdakı yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməlidir:
9.13.1. qeyri-rezident müştərilərlə əməliyyatlar;
9.13.2. pul vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın idarə olunması həvalə olunmuş hüquqi şəxslərlə əməliyyatlar;
9.13.3. nominal saxlayıcı olan və ya sənədli adsız səhmlər buraxmış hüquqi şəxslərlə əməliyyatlar;
9.13.4. xarici banklarla müxbir hesabları vasitəsilə həyata keçirilən əməliyyatlar;
9.13.5. bu qanunun 7.2-ci maddəsində nəzərdə tutulan əməliyyatlar.
9.14. Monitorinq iştirakçıları tərəfindən tətbiq olunan əlavə eyniləşdirmə tədbirləri aşağıdakılardır:
9.14.1. hesabların və işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla əməliyyatın həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılması;
9.14.2. hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak paylarının öyrənilməsi;
9.14.3. digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və əgər mümkündürsə pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi.
9.15. Əməliyyatın tərəflərini bu qanunla müəyyənləşdirilmiş qaydada dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar barədə eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda, monitorinq iştirakçıları müvafiq əməliyyatı həyata keçirməməli, işgüzar münasibətləri yaratmamalı, hesab açmamalı və bu qanunun 11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidir.
9.16. Monitorinq iştirakçıları müştərilərinin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq işgüzar münasibətləri bu qanunun qüvvəyə minməsinə qədər yaranmış və hal-hazırda davam edən müştərilərinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir.
9.17. Monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq müştərinin və benefisiarın eyniləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.
9.18. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidməti göstərən fiziki və ya hüquqi şəxslər bu maddədə nəzərdə tutulmuş eyniləşdirmə tədbirlərini yalnız limitdən yuxarı məbləğdə nağd şəkildə aparılan əməliyyatlar həyata keçirilərkən tətbiq etməlidirlər.
9.19. Monitorinq iştirakçıları bu qanunun 9.2.1 və 9.2.2-ci maddələrində göstərilən hallarda müştəri və ya benefisiara münasibətdə sadələşdirilmiş eyniləşdirmə və verifikasiya qaydalarını tətbiq edə bilərlər. Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya qaydaları müştərinin, işgüzar münasibətlərin və ya maliyyə əməliyyatlarının törədə biləcəyi risklər üzrə aparılan dəyərləndirmə əsasında maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir.";
9. aşağıdakı məzmunda 9-1 və 9-2-ci maddələr əlavə edilsin:
"Maddə 9-1. Xarici dövlətlərin siyasi xadimləri
9-1.1. Monitorinq iştirakçıları bu qanunun 9-cu maddəsində nəzərdə tutulan eyniləşdirilmə və verifikasiya tədbirləri ilə yanaşı, daxili nəzarət sistemləri çərçivəsində müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlər görməlidir.
9-1.2. Xarici dövlətlərin siyasi xadimləri ilə işgüzar münasibətlər yalnız monitorinq iştirakçılarının rəhbərliyinin razılığı əsasında yaradıla bilər. Müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğu işgüzar münasibətlərin yaradılmasından sonra məlum olursa, işgüzar münasibətlər monitorinq iştirakçılarının rəhbərliyinin razılığı əsasında davam etdirilə bilər.
9-1.3. Monitorinq iştirakçıları xarici dövlətlərin siyasi xadimləri olan müştəriləri və ya benefisiarların pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə məlumatlar əldə etməlidir.
Maddə 9-2. Qeyri-adi əməliyyatlar
Monitorinq iştirakçıları bütün mürəkkəb, irihəcmli qeyri-adi, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Zərurət yarandığı təqdirdə hesabat qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına və ya nəzarət orqanlarına təqdim edilməlidir."
10. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 10. Eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması öhdəliyi
10.1. Monitorinq iştirakçıları bu qanunun 9-cu maddəsində qeyd olunan eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin, habelə bu qanunun 9-1-ci və 9-2-ci maddələrində nəzərdə tutulan əməliyyatlara dair sənədlərin qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmayıbsa, aşağıda göstərilən müddət ərzində məlumat daşıyıcılarında və ya elektron formatda saxlanmasını təmin etməlidirlər:
10.1.1. müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə sənədləri - müştərinin hesabının bağlanmasından və ya müştəri ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il;
10.1.2. müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlər (hesabdan çıxarışlar, əməliyyatların aparılması üçün əsas və s.) və bu qanunun 11-ci maddəsi üzrə hazırlanan məlumatlar - əməliyyat başa çatdıqdan sonra ən azı beş il.
10.2. Bu qanunun 10.1-ci maddəsində nəzərdə tutulan sənədlər müvafiq sorğu əsasında monitorinq iştirakçıları tərəfindən maliyyə monitorinqi orqanına və ya nəzarət orqanlarına təqdim edilməlidir.
10.3. Bu qanunun 10.1-ci maddəsində göstərilən müddət, zərurət yarandığı təqdirdə nəzarət orqanları və ya maliyyə monitorinqi orqanı tərəfindən hər bir xüsusi halda uzadıla bilər.";
11. 11-ci maddədə:
11.1. maddənin adında "Monitorinq iştirakçıları tərəfindən məlumatların" sözləri "Məlumatların" sözü ilə əvəz edilsin;
11.2. 11.1-ci maddədə "9.12-ci maddələrində" sözləri "9.15-ci maddələrində, monitorinqdə iştirak edən digər şəxslər isə bu qanunun 7.2-ci və 9.15-ci maddələrində" sözləri ilə əvəz edilsin;
11.3. 11.1.4-cü maddədə "9.3-9.5-ci" sözləri "9.4-9.6-cı" sözləri ilə əvəz edilsin;
11.4. 11.3-cü və 11.4-cü maddələrdə "9.12-ci" sözü "9.15-ci" sözü ilə əvəz edilsin;
12. 12-ci maddədə:
12.1. maddənin adında, 12.1-ci, 12.1.5-ci, 12.1.7-ci, 12.1.8-ci və 12.2-12.4-cü maddələrdə ismin müvafiq hallarında işlənilmiş "və monitorinqdə iştirak edən digər şəxslər" sözləri çıxarılsın;
12.2. 12.1.2-ci maddədə "və verifikasiyasına" sözlərindən sonra ", müştərinin və benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə" sözləri əlavə edilsin;
13. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:
"Maddə 12-1. Birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə işgüzar münasibətlərin yaradılması
12-1.1. Monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində texnoloji vasitələrdən istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməlidir.
12-1.2. Monitorinq iştirakçıları texnoloji vasitələrdən istifadə etməklə birbaşa əlaqə qurmadan yaradılan işgüzar münasibətlərin və ya aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara malik olmalıdır. Monitorinq iştirakçıları bu daxili qayda və prosedurları müştəri ilə işgüzar münasibətlərin yaradılmasında, habelə müştərinin işgüzar münasibətləri və həyata keçirilmiş əməliyyatlarına dair əldə olunmuş məlumatların mütəmadi qaydada yeniləşdirilməsində tətbiq etməlidir.
12-1.3. Bu qanunun 12-1.2-ci maddəsində nəzərdə tutulan daxili qayda və prosedurlara monitorinq iştirakçılarının birbaşa əlaqədə olmadıqları müştərilərinin eyniləşdirilməsinə və verifikasiyasına dair tədbirlər daxil olmalıdır.";
14. 14-cü maddədə "uyğun olaraq" sözlərindən sonra "vicdanla" sözü əlavə edilsin;
15. aşağıdakı məzmunda 17.8-ci maddə əlavə edilsin:
"17.8. Maliyyə monitorinqi orqanı bu qanuna uyğun olaraq ona məlumat təqdim olunmalı olan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların siyahısına və limitinə, bu qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin və bu qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulan şəxslərin siyahısına, sadələşdirilmiş eyniləşdirilmə və verifikasiya qaydalarına, bu qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş halda nəzarətin həyata keçirilməsi qaydalarına, məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi qaydalarına, daxili nəzarət sistemlərinin hazırlanması tələblərinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların təqdim olunma formasına dair normativ xarakterli aktlar qəbul edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 mart
2010-cu il
Azərbaycan.- 2010.- 21
mart.- S. 3, 4.