Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8 (I kitab), maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4 (I kitab), maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12 (I kitab), maddələr 676, 696, ¹ 12 (II kitab), maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr, 699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611; Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD, 897-IIIQD nömrəli, 2009-cu il 26 noyabr tarixli 923-IIIQD və 2009-cu il 4 dekabr tarixli 929-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 187-1-ci maddə üzrə:
1.1. 187-1.0.6-cı maddədə "pozulmasına görə -" sözləri "pozulmasına;" sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 187-1.0.7-ci maddə əlavə edilsin:
"187-1.0.7. Qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlanmamasına görə -"
1.3. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
"vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.";
2. Aşağıdakı məzmunda 187-2-ci maddə əlavə edilsin:
"Maddə 187-2. Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması
teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 21
mart.- S. 4.