Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

Moskva Metropolitenində çoxsaylı insan tələfatı ilə nəticələnmiş partlayışlar haqqında xəbər məni dərindən sarsıtmışdır.

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına yaxınlarına, bütün Rusiya xalqına səmimi başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 mart 2010-cu il

 

Azərbaycan.- 2010.- 30 mart.- S.  1.