Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

Əsədullayev Ədalət Hüseyn oğlu - Əks-kəşfiyyat Baş İdarəsinin rəisi

Quliyev Elçin İbrahim oğlu - Antiterror Mərkəzinin rəisi

Şıxəliyev Mövlam Məmmədismayıl oğlu - İstintaq Baş İdarəsinin rəisi

Sultanov Şahin Sultan oğlu - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası rəisinin tədris işi üzrə birinci müavini

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  30 mart.- S.  1.