PA-nın həmməruzəçiləri Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamını yüksək qiymətləndirmişlər

 

AzərTAc-ın xüsusi müxbiri Avropa Şurasının internet saytına istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel Cozef Debone Qrex, həmçinin qurumun siyasi məhbuslarla bağlı xüsusi məruzəçisi Kristof Strasser Azərbaycan Prezidenti İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamı ilə bağlı xüsusi bəyanatla çıxış etmişlər.

Onlar Azərbaycan Prezidentinin 72 nəfərin əfv olunması barədə sərəncamını yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.- 2010.-  30 mart.- S.  1.