Ağcabədi, Beyləqan, İmişli Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkənin bütün regionlarının həyatında köklü dəyişikliklər baş vermiş, bir sıra sosial əhəmiyyətli problemlərin aradan qaldırılması, o cümlədən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaranmışdır. Əhalinin keyfiyyətcə yüksələn yaşayış səviyyəsi həyat tərzinin tələblərinə uyğun olaraq müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilmişdir.

Əhalinin müraciətlərini nəzərə alaraq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün Ağcabədi, Beyləqan, İmişli Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi təmiri məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi, Beyləqan, İmişli Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi təmiri məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  31 mart.- S.  1.