AMEA-nın Mərkəzi Elmi Kitabxanasında erməni vəhşiliklərindən bəhs edən kitabların sərgisi açılmışdır

 

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş "Azərbaycan xalqının faciəvi tarixi səhifələri" mövzusunda sərgi açılmışdır.

Kitabxananın direktor müavini Firəngiz Hüseynova bildirmişdir ki, sərgidə erməni quldurlarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, soyqırımı təcavüz siyasətinin mahiyyətindən, ümumiyyətlə, yağı düşmən tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən əsərlər öz əksini tapmışdır.

Sərgidə Azərbaycan, rus, ingilis digər xarici dillərdə nəşr edilmiş 300-ə yaxın kitab nümayiş olunur.

Bir neçə bölmədən ibarət olan sərgidə "Məktublar Qarabağ məsələsinə dair sənədlər", "Qarabağ: yalan həqiqət", "Qarabağın Alban abidələri", "1905-1906-cı illərdə erməni-müsəlman davası", "Qanlı illər", "1918-ci il qırğınları", "Xocalı faciəsi", "Xocalı qırğını", "Xocalıdan gələn səs", "Erməni cinayətləri", "Erməni terrorizmi cinayətləri: Azərbaycanda, Türkiyədə dünyada (hadisə faktlar xronikası)" s. əsərlər diqqəti xüsusilə cəlb edir. Sərgi 10 gün davam edəcəkdir.

 

 

Azərbaycan.- 2010.-  31 mart.- S.  5.