Azərbaycanlıların soyqırımı filmlərdə

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən bildirmişlər ki, Şuranın maliyyə dəstəyi ilə çəkilmiş "Soyqırımı" filminin martın 30-da nümayişi olmuşdur.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin həyata keçirdiyi layihə əsasında yaradılmış bu film 1918-ci ildə Quba rayonunda silahlı erməni-daşnak dəstələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı haqqındadır.

Martın 31-i şuranın maliyyə dəstəyi ilə çəkilmiş daha bir filmin nümayişi Muğam Mərkəzində olacaqdır. "İrəvan: danışır canlı şahidlər" adlanan bu film "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin həyata keçirdiyi layihə əsasında çəkilmişdir. Filmdə İrəvan xanlığının tarixinə, rus imperiyası və sovet dönəmlərinə ekskurslar, eləcə də ermənilərin yerli azərbaycanlı əhaliyə qarşı yürütdüyü soyqırımı siyasəti təkzibedilməz faktlarla sübut olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  31 mart.- S.  5.