Bu gün Azərbaycanın bölgələrinə
yatırılan sərmayənin
əksəriyyəti yerli
mənbələr hesabına
təmin edilir
Azərbaycan Prezidenti İlham
Əliyevin Cəlilabad
rayonuna səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Xəbər verdiyimiz kimi, aprelin 29-da Prezident İlham Əliyev Cəlilabad rayonunda olmuşdur.
Ölkənin bütün regionları kimi, Cəlilabad rayonu da özünün
yüksəliş dövrünü
yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində rayonun
iqtisadiyyatı daha da möhkəmlənmiş,
əhalinin yaşayış
səviyyəsi yüksəlmiş,
şəhər və
kəndlərdə quruculuq
işləri geniş
vüsət almışdır.
Cəlilabadda əhalinin sosial şəraitinin yaxşılaşdırılması
üçün də
ardıcıl tədbirlər
görülür. Yaşayış məntəqələrinin su,
qaz, elektrik enerjisi ilə tam təchizatı üçün
əməli işlər
görülür. Ötən
il rayonda ümumi məhsul istehsalının həcmi
2003-cü ilə nisbətən
2,9 dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd təsərrüfatı məhsulları
istehsalı 2,2 dəfə
artmışdır. Hazırda rayonda
genişmiqyaslı tikinti-quruculuq
və abadlıq işləri davam edir. Yeni park və xiyabanlar
salınır, yollar çəkilir, kənd yolları abadlaşdırılır,
məktəblər tikilir.
2003-2009-cu illərdə rayonda
12 min 800-ü daimi olmaqla
22 min 480 yeni iş yeri yaradılmışdır.
Dövlət başçısının
tapşırığına əsasən, rayonda ümumi tutumu 22 min ton olan 8 taxıl anbarının, hər biri 2 min tonluq 2 soyuducu kameranın, tərəzi qurğusunun və bir çox
digər obyektlərin
tikintisinə başlanmışdır.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində
ucaldılmış abidəsini
ziyarət edərək
gül dəstəsi qoydu.
AzərTAc
Azərbaycan.- 2010.- 1 may.-
S. 1.