Cəlilabadda Tarix-Diyarşünaslıq
Muzeyi fəaliyyətə
başlamışdır
Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi və muzeylə yaxından tanış oldu.
Məlumat verildi ki, Cəlilabad rayonu tarixi abidələrlə zəngin bölgələrdən biridir. Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Cəlilabadda eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış məskəni, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.
İnşasına bu ilin əvvəlində başlanılan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi qısa müddətdə başa çatdırılmışdır. Binası orijinal memarlıq üslubunda inşa edilən muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.
Prezident İlham Əliyev muzeyin girişində quraşdırılan forostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotolar vardır.
Muzeyin müxtəlif bölmələrində Cəlilabadın
qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində
tapılan əşyalar
nümayiş etdirilir.
Burada, həmçinin
etnoqrafik guşə yaradılmışdır. Muzeydə
3000-ə yaxın eksponat
saxlanılır, son tunc, erkən dəmir, tunc, antik, dəmir dövrləri və orta əsrlərə aid gil qablar,
əmək alətləri
və bəzək əşyaları, orta əsrlərin silahları,
gil və mis qablar nümayiş
etdirilir. Muzeyin həyətində Cəlilabadın
qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 1 may.- S.
1.