Bakıda görkəmli dövlət xadimi Səid Qurbanovun xatirəsinə həsr olunmuş "Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında görkəmli dövlət xadimi Səid Qurbanovun xatirəsinə həsr olunmuş "Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Səid Qurbanovun həyat fəaliyyətini əks etdirən fotoşəkillərdən Azərbaycan-Dağıstan dostluq münasibətlərinə dair kitablardan ibarət sərgiyə baxmışlar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan ilə Dağıstanı müştərək tarix mədəniyyət birləşdirir. Bünövrəsi ulu babalarımız tərəfindən qoyulmuş dostluğumuzun tarixi zəngin sarsılmazdır. Yaxın qonşuluq, sıx siyasi, sosial-iqtisadi mədəni əlaqələr Azərbaycan ilə Dağıstan xalqları arasında dostluğu qabaqcadan müəyyənləşdirmişdir. Bu münasibətlər tarixin müxtəlif dönəmlərində çətin sınaqlardan keçmişdir. Azərbaycan Dağıstan xalqları bu çətin sınaqlardan həmişə şərəflə çıxmış, bununla da mehriban qonşuluq qardaşlıq münasibətlərinin əbədi olduğunu sübut etmişlər. Bu gün Dağıstanda 1941-1945-ci illər müharibəsi dövründə bu respublikanın partiya təşkilatına rəhbərlik etmiş Əziz Əliyevin xatirəsi böyük hörmət ehtiramla anılır. 2007-ci ildə həm Azərbaycanda, həm Dağıstanda xalqlarımız arasında münasibətlərin tarixində silinməz iz qoymuş görkəmli dövlət xadimi Əziz Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Ulu öndər Heydər Əliyev Əziz Əliyevin Dağıstandakı fəaliyyətini yüksək qiymətləndirərək qeyd edirdi ki, Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin inkişafında bu görkəmli dövlət xadiminin böyük xidmətləri vardır. Geniş fəaliyyəti humanizmi sayəsində Əziz Əliyev Azərbaycan-Dağıstan dostluğunun simvoluna çevrilmişdir.

M.Kərimov vurğulamışdır ki, Azərbaycan-Dağıstan əlaqələri XX əsrin 60-cı illərinin ikinci yarısından başlayaraq xeyli dərəcədə genişlənmiş, ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində bu münasibətlər inkişafın yeni, yüksək keyfiyyətli mərhələsinə qədəm qoymuşdur. Xalqlarımız arasında dostluq əlaqələrinin Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daha da möhkəmləndiyini deyən M.Kərimov qeyd etmişdir ki, bu beynəlxalq konfransın keçirilməsi Azərbaycan ilə Dağıstan arasında münasibətlərin inkişafında mühüm xidmətləri olan həm ulu öndər Heydər Əliyevin, həm Səid Qurbanovun əziz xatirələrinə hörmət ehtiramın əlamətidir.

Vurğulanmışdır ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında dostluq əlaqələrinin genişləndirilməsi üzrə siyasi kursunu uğurla davam etdirir.

Dağıstan parlamenti sədrinin müavini Nəsir Əliyev görkəmli dövlət xadimi Səid Qurbanovun mənalı ömür yolundan, iqtisadiyyatın dövlət idarəçiliyinin müxtəlif sahələrində çalışdığı yarım əsrdən artıq dövrdə bütün vəzifələrdə peşəkarlığından və fədakarlığından danışmışdır. Vurğulanmışdır ki, Səid Qurbanovun zəngin təcrübəsi təqdirəlayiq fəaliyyəti, onun əvəzsiz xidmətləri yüksək qiymətləndirilmişdir. S.Qurbanov bir sıra orden medallarla təltif edilmiş, o cümlədən müstəqil Azərbaycanın yüksək mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov beynəlxalq konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, müxtəlif tarixi dövrlərdə qardaş xalqlarımızın tarixinin təhrif olunması yolunda çoxlu addımlar atılmışdır. Bizim əsl tariximiz olduğu kimi yazılmamış, xalqlarımıza çatdırılmamışdır. Bu baxımdan AMEA-nın Tarix İnstitutu tariximizin saxtakarlıqlardan təmizlənməsi yolunda xeyli işlər görmüşdür. Lakin təkcə bu regionda Azərbaycan tarixinin ayrı-ayrı səhifələrini yenidən qələmə almaqla bütövlükdə tarixi yenidən yazmaq mümkün deyildir. Arzumuz odur ki, bütövlükdə Qafqazın, o cümlədən Cənubi Qafqazın tarixi yenidən yazılsın, tariximizin təhrif olunmuş səhifələri yenidən araşdırılsın.

Konfransda "Azərbaycan-Dağıstan qardaşlıq münasibətlərinin şanlı tarix səhifələri" mövzusunda məruzə ilə çıxış edən Y.Mahmudov vurğulamışdır ki, bu gün Azərbaycan ilə Dağıstanı demokratik Rusiyanın sərhədləri ayırır. Amma heç vaxt biz tarixdə, ürəklərimizdə, mədəniyyətimizdə, dinimizdə, bir yerdə yaşadığımız vaxtda Dədə Qorqudumuzdan, Dərbəndimizdən ayrılmamışıq. Bizim tariximizin qədim Albaniya dövlətinin dövründən başlayan ümumi səhifələri vardır. Albaniya dövləti bizi birləşdirən tarixdir. Bu tarix həm bizim üçün, həm Dağıstan xalqları üçün əzizdir. Biz bunu dostluq tarixi kimi araşdırmalı bu cür təqdim etməliyik. Bizim bölünməz bir Dərbəndimiz vardır. Dərbəndin tarixi Dağıstan xalqları ilə bizi birləşdirən yeganə tarixdir. Bu, bizi bütün Dağıstan, bütün Rusiya ilə əlaqələndirən bir tarixdir. Dərbəndin tarixi bizim Dədə Qorqudumuzun tarixidir.

Azərbaycan xalqı Dədə Qorqudun Dəmir qapı Dərbənddə uyumasından qürur hissi keçirir. Şirvanşahlar Səfəvi dövlətlərinin tarixi Dağıstan ilə Azərbaycanın ümumi tarixidir. Tariximizdə dost xalqlarımız üçün müqəddəs olan ümümi qəhrəmanlarımız vardır. Hacı Çələbi xan, Qubalı Fətəli xan, Ömər xan, Şeyx Şamil, Danial Sultan - bunlar hamısı bizi birləşdirən, bizə müqəddəs olan tarixi qəhrəmanlardır.

Xalqlarımızın tarixin ağır məqamlarını, soyqırımı səhifələrini birlikdə yaşadığını qeyd edən Y.Mahmudov bildirmişdir ki, müxtəlif dövrlərdə ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımı aktlarında azərbaycanlılarla yanaşı, türklər, ləzgilər, saxurlar, avarlar, tatarlar, yəhudilər qəddarlıqla məhv edilmişlər.

Tariximizin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında dostluq əlaqələrinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin, görkəmli dövlət xadimləri Əziz Əliyevin Səid Qurbanovun mühüm rolunu vurğulayan Y.Mahmudov demişdir ki, bu dahi şəxsiyyətlər xalqlarımızın qardaşlıq münasibətlərini bizə əmanət etmişlər. Biz bu müqəddəs əmanəti qoruyub saxlayırıq. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqlarımız arasında dostluq qardaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

Konfransda Azərbaycan, Dağıstan, Türkiyə Gürcüstanın tanınmış alimlərinin, tarixçilərinin mövzu ilə bağlı 40-dan çox məruzələri dinlənilmişdir.

Məruzələrdə Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərindən, bu əlaqələrin qurulmasında inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin, görkəmli dövlət xadimləri Əziz Əliyevin, Səid Qurbanovun başqalarının fəaliyyətlərindən ətraflı bəhs olunmuşdur.

Bir daha xüsusi vurğulanmışdır ki, el ağsaqqalı Səid Qurbanovun uzaqgörənliyi zəngin həyat təcrübəsi müxtəlif nəsillərə mənsub insanlar tərəfindən rəğbət ehtiramla qarşılanmışdır. Dağıstan azərbaycanlılarının görkəmli nümayəndəsi kimi o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə vermişdir.

Beynəlxalq konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, dövlət hökumət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  1 may.- S.  3.