Əminə Paşa qızı Dilbazi

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əminə Paşa qızı Dilbazi 2010-cu il aprelin 30-da ömrünün 91-ci ilində vəfat etmişdir.

Əminə Dilbazi 1919-cu il dekabr ayının 26-da Qazaxda anadan olmuşdur. Səhnə fəaliyyətinə 1935-ci ildə Azərbaycan Xalq Rəqs Ansamblının rəqqasəsi kimi başlamışdır. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı Rəqs Ansamblının solisti olaraq çalışmış burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1959-cu ildə isə xalq artisti fəxri adını almışdır.

Azərbaycan xalqının qədim tarixi köklərə malik rəqs sənəti ənənələrinin layiqincə yaşadılmasında Əminə Dilbazi əvəzsiz xidmətlər göstərmişdir. Onun repertuarı hər zaman öz genişliyi rəngarəngliyi ilə səciyyələnmişdir. Əminə Dilbazi milli rəqslərin dünya xalqları rəqslərinin mahir ifaçısı olmaqla, daim yüksək səhnə mədəniyyəti nümayiş etdirərək sənətsevərlərin dərin rəğbət məhəbbətini qazanmışdır. O, bənzərsiz ifaçılıq imkanlarından yararlanaraq fitri istedadı sayəsində milli rəqslərin bir çox qiymətli nümunələrinə yeni-yeni çalarlar gətirmiş onları orijinal ifa üslubu ilə xeyli zənginləşdirmişdir. İştirakçısı olduğu çoxsaylı beynəlxalq müsabiqə, festival qastrol səfərlərindəki parlaq çıxışları ilə Əminə xanım Azərbaycan incəsənətinin şöhrətini daha da artırmışdır.

Əminə Dilbazi musiqili komediya, opera əsərləri, müxtəlif teatr tamaşaları kinofilmlərdə milli rəqslərimizin uğurlu quruluşunu vermişdir. O, həmin rəqslərdən bir çoxunun parlaq ifaçısı kimi rəqs sənətimizdə yeni dəst-xəttin formalaşdırılmasına nail olmuşdur. Eyni zamanda, respublikamızın hüdudlarından kənarda onun müxtəlif xalqların rəqslərinə verdiyi quruluşlar mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilmişdir.

Əminə Dilbazi, həmçinin tanınmış professional özfəaliyyət rəqs qruplarının bədii rəhbəri olaraq təqdirəlayiq xidmətlər göstərmişdir. Onun "Çinar", "Sevinc", "Yallı", "Şərur" digər ansambllarla qurduğu rəqs proqramlarında yüksək ifaçılıq mədəniyyəti ilə yanaşı, xəlqilik ruhu folklor təravəti qorunub saxlanmışdır. Həmin kollektivlərin mötəbər müsabiqələrdə qazandıqları mükafatlar Əminə xanımın gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir.

Uzun illər Bakı Xoreoqrafiya Məktəbində Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf etmiş, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə bacarığını əsirgəməmişdir. Varislik novatorluğu öz yaradıcılığında ahəngdar şəkildə birləşdirən Əminə Dilbazi milli rəqs məktəbinin püxtələşməsi prosesinə sanballı töhfələr vermişdir.

Əminə Dilbazinin Azərbaycan incəsənətinin inkişafı naminə göstərdiyi uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Görkəmli sənətkar, gözəl müəllim qayğıkeş insan Əminə Dilbazinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,

Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

Fatma Abdullazadə, Əbülfəs Qarayev, Misir Mərdanov,

Hicran Hüseynova, Fərhad Bədəlbəyli, Azərpaşa Nemətov,

Siyavuş Kərimi, Afaq Məlikova, Xumar Zülfüqarova,

Roza Cəlilova

 

* * *

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il mayın 1-də saat 13.00-dan 15.00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaqdır.

 

 

Azərbaycan.- 2010.- 1 may.- S.  5.