İqtisadi inkişaf nazirinin Gürcüstana səfəri

 

Aprelin 29-da Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olmuşdur.

Səfərin məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlmiş iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sərmayələrin geniş cəlb olunması yollarını müzakirə etmək idi.

Nümayəndə heyətinin səfəri ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsi önünə əklillər qoyulması ilə başlanmışdır.

Mərasimdə Gürcüstanın iqtisadi inkişaf naziri Zurab Pololikaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, adamları iştirak etmişlər.

Sonra Şahin Mustafayev Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyi şirkətlərinin ictimai birliyi nümayəndələri ilə görüşmüşdür.

Görüşdə səfir Namiq Əliyev qeyd etmişdir ki, Azərbaycanın adamları, şirkətləri Gürcüstanda geniş fəaliyyət göstərir, strateji tərəfdaş olan Gürcüstana sərmayə qoyuluşu getdikcə artır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyevin strateji tərəfdaşımız olan Gürcüstanla mehriban münasibətlərin daha da dərinləşdirilməsinə yönəldilmiş siyasəti bu ölkədə Azərbaycan adamlarının fəaliyyətinin genişləndirilməsinə gözəl şərait yaratmışdır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev səfərin proqram məqsədlərini açıqlamışdır. Qeyd etmişdir ki, Azərbaycan-Gürcüstan əlaqələri çox dinamik inkişaf edir bunun əsasını bu gün Tbilisinin gözəl guşələrindən birində büstünü ziyarət etdiyimiz ulu öndər Heydər Əliyev qoymuşdur. Məhz Heydər Əliyev uzaqgörənliyi cəsarəti sayəsində bir zamanlar çoxlarına röya kimi görünən əsrin qlobal layihələri Gürcüstan ərazisindən keçməklə reallaşdı, Azərbaycan öz enerji ehtiyatlarını əsasən Gürcüstan ərazisindən nəql edir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Bu yol Şərqi Qərblə bağlayacaq, Avropaya çıxacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dost ölkəyə investisiya yatırımının daha da artırılması, əsrin layihələrinin uğurlu fəaliyyəti yönümündə işlərin daim gücləndirilməsinə dair göstərişlərinə əməl olunması sayəsində bu ölkədə şirkət və adamlarımızın fəaliyyəti getdikcə geniş vüsət alır. ARDNŞ-in, digər şirkətlərin Gürcüstan bazarında mövqeyi güclənir. Bir çox şirkətlər buraya investisiya qoyuluşuna maraqlıdır artıq 100-dən çox şirkət Gürcüstanda uğurla çalışır. Hər iki ölkə rəhbərinin siyasi iradəsi sayəsində adamları şirkətlərin qarşılıqlı fəaliyyəti üçün münbit şərait, hüquqi-normativ baza yaranmışdır.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, AZEBİ-nin icraçı direktoru Qaratel Allahverdiyeva, "Azərsun Holdinq" şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əlixan Əlizadə başqaları çıxış etmişlər.

Görüşdə Azərbaycanın Gürcüstandakı adamlarına xidmət edən Gürcüstan nömrəli avtomobillərin Azərbaycan ərazisinə keçərkən onlardan depozit alınması barədə məlumat verilmiş mümkün qədər bu prosedurun sadələşdirilməsi xahiş olunmuşdur.

Sonra Gürcüstan-Azərbaycan biznes forumu açılmışdır. Gürcüstanın iqtisadi inkişaf naziri Zurab Pololikaşvili dost ölkənin nümayəndə heyətini Tbilisidə salamlamaqdan məmnunluq duyduğunu bildirmiş belə tədbirlərin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına, yeni biznes əlaqələrinin yaranmasına xidmət edəcəyinə, ticarət-iqtisadi əlaqələrin daha dinamik artımına şərait yaradacağına əmin olduğunu bildirmişdir. Nazir Azərbaycan adamları şirkətlərinin öz ölkəsində uğurlu fəaliyyətindən razılıq etmişdir.

Şahin Mustafayev demişdir ki, iki dost ölkənin həm siyasi, həm iqtisadi müstəvidə gözəl əlaqələri vardır. Bu əlaqələr öz başlanğıcını ölkələrimizin müstəqilliyinin bərpasından götürür ümummilli liderimiz Heydər Əliyevin məhz bu ölkəyə dost münasibətindən mayalanmışdır. Gürcüstan paytaxtında ulu öndərimizin büstünün qoyulması məhz Azərbaycan -Gürcüstan dostluğunda Heydər Əliyev xidmətinə verilən qiymətdir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi dövlət başçılarının siyasi iradəsinin uğurlu nəticəsidir. Biz çalışırıq ki, digər sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığımızı da Prezident İlham Əliyevin göstərişlərini rəhbər tutaraq inkişaf etdirək. Qarşılıqlı əməkdaşlıq qurmaqla investisiya qoyuluşunu yüksəltmək niyyətindəyik. Ölkəmizin buna hər cür imkanı vardır. Azərbaycan güclü inkişaf edir, ümumi daxili məhsulun həcmi durmadan artır. Azərbaycan Respublikası Prezidentinin uzunmüddətli düşünülmüş proqramı göstərişləri, sahibkarlığa dəstək ölkəmizin dünya iqtisadi böhranından ağrısız keçməsinə şərait yaratmışdır. Əsas tərəfdaşımız olan Gürcüstanla regional əməkdaşlığımız getdikcə yeni vüsət alır, bölgədəki separatçılıq meyilləri işə mane olmağa çalışsa da bizim əməkdaşlığımız daha da genişlənir.

Azərbaycanın qeyri-enerji sahəsində potensialı böyükdür. Azərbaycan dövlətinin iqtisadi qüdrəti artır, Azərbaycan Dövlət Neft Fondunun səmərəli fəaliyyəti sayəsində ölkənin sosial-iqtisadi durumu daha da yüksəlir. Artıq Azərbaycan ərazisinin 85 faizi qazlaşdırılmış, bu yüksək vüsətlə davam etdirilir, bölgələrdə böyük abadlıq işləri görülür. Əhalinin pul gəliri iki dəfə artmış, yoxsulluq səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşmüş, maaşların həcmi artmışdır. Dünya iqtisadi böhranı ölkəmizdə heç bir bankın müflisləşməsinə səbəb ola bilməmişdir. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizdə sahibkarlığın inkişafına böyük dəstək verilir, dövlət maliyyə yardımı ayrılır, biznes mühitinin yaxşılaşdırılması istiqamətində davam etdirilir. Gələcəyə nikbin baxırıq, çalışırıq ki, dost ölkələrlə əlaqələri genişləndirək. Azərbaycan şirkətləri Gürcüstanda geniş fəaliyyət göstərirlər, istəyirik ki, o, daha da inkişaf etsin. Həmçinin Gürcüstanın adamları Azərbaycanda çalışsınlar.

Səfir Namiq Əliyev qeyd etmişdir ki, strateji tərəfdaşlar olan Azərbaycan Gürcüstanın dostluq tarixi əsrlərlə ölçülür, ümummilli liderimiz Heydər Əliyev bu dostluğa yeni uğurlu səhifə yazmış, Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə möhkəm bünövrə qoymuşdur. Səfir bu əvəzsiz xidmətlərə görə Azərbaycan xalqı kimi, gürcü xalqının da Heydər Əliyevə minnətdar olduğunu demişdir. N.Əliyev Cənubi Qafqazın 3-cü dövlətinin separatçılıq niyyəti ərazi iddialarının Ümumqafqaz inkişafına mane olduğunu vurğulamışdır.

Sonra Gürcüstan Milli İnvestisiya Agentliyi Azərbaycan İxracın İnvestisiyaların Təşviq Fondu arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanmışdır.

Həmin gün Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Gürcüstanın Baş naziri Nikoloz Qılauri ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin vəziyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr s. məsələlər müzakirə olunmuş, ölkələrarası iqtisadi münasibətlərin müasir səviyyəsi yüksək qiymətləndirilmişdir.

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması ilə bağlı iki ölkə arasında danışıqların başa çatdığını əks etdirən protokol imzalanmışdır.

Xatırladaq ki, Gürcüstan Azərbaycanın DTT-yə qeyd-şərtsiz üzv olmasını Türkiyədən sonra dəstəkləyən ikinci ölkədir.

Protokolu nazirlər Şahin Mustafayev Zurab Pololikaşvili imzalamışlar.

Sonra Azərbaycan nümayəndə heyəti soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayonuna getmişdir.

Nümayəndə heyəti Dmanisidəki "Bazalt-konstruksion" LTD, "Bazaltaqroservis" LTD-nin işi ilə tanış olmuş, Heydər Əliyev adına Fondun bilgisayar təhsil mərkəzinə, Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş Dmanisi 2 saylı məktəbinə baş çəkmişdir.

Nümayəndə heyətinin iştirakı ilə bölgənin Marneuli rayon mərkəzində regional biznes forumu keçirilmişdir.

Tədbiri Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze açmış, Tbilisidən sonra belə bir forumun bu bölgədə keçirilməsindən məmnunluq duyduğunu demişdir. Qubernator bildirmişdir ki, biz həmişə Azərbaycandan dəstək görmüşük bu forumun daha böyük uğurlara əsas verəcəyinə əminəm.

Şahin Mustafayev, Zurab Pololikaşvili adamları şirkətlərin bölgələrdə daha uğurlu fəaliyyəti yönümündə hər bir işin görüləcəyinə əmin olduqlarını bildirmişlər. Sonra nümayəndə heyəti ARDNŞ-in Bolnisi, Marneuli Rustavi şəhərlərindəki yanacaqdoldurma stansiyalarının, Marneulidəki "Bazaltkonstruktion" LTD-nin işi ilə tanış olmuşdur.

Azərbaycan nümayəndə heyətini Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev başqa rəsmi şəxslər müşayiət etmişlər.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2010.-  1 may.- S.  5.