Polşa Respublikası
Prezidentinin vəzifəsini
icra edən Polşa Respublikası Seyminin sədri zati-aliləri cənab Bronislav Komorovskiyə
Hörmətli cənab Bronislav Komorovski!
Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Bir çox sahələri əhatə edən səmərəli əməkdaşlığımız, beynəlxalq və regional qurumlar çərçivəsində birgə səylərimiz bu gün ikitərəfli münasibətlərimizi səciyyələndirən xüsusiyyətlərdəndir.
Ümidvaram ki, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin, dərin tarixi köklərə malik əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində addımlarımız bundan sonra da dost xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 2
may.- S. 1.