Azərbaycan Diplomatik Akademiyası Türkiyənin aparıcı ali təhsil müəssisələrinin təcrübəsini öyrənir

 

Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-dan 29-dək Türkiyədə səfərdə olmuşdur.

Türkiyənin aparıcı təhsil müəssisələrinin təcrübəsini öyrənmək məqsədi daşıyan səfərdə rektor H.Paşayevin ilk görüşü Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açar ilə olmuşdur.

H.Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti universitetin beynəlxalq münasibətlər, sosial elmlər xarici dillərin tədris üsulları ilə tanış olmuşdur.

Bundan əlavə, ADA-nın rektoru Bilkənt Universitetinin prezidenti, professor Əli Doğramacı rektoru, professor Abdulla Atalar ilə görüşmüşdür. Azərbaycan nümayəndə heyəti Bilkənt Universitetinin dərs otaqları, laboratoriyaları, kitabxana, yataqxana istirahət mərkəzlərində tələbələr üçün yaradılmış şəraitlə tanış olmuşdur.

Səfər çərçivəsində H.Paşayev Türkiyənin Xarici İşlər Nazirliyində olmuş, Türkiyə Diplomatik Akademiyasının rektoru, səfir Sina Baydur ilə müzakirələr aparmışdır.

H.Paşayev səfərin məqsədindən danışaraq bildirmişdir ki, Türkiyənın aparıcı universitetlərində keçirdiyimiz görüşlər əldə etdiyimiz təcrübə Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətinə lazımi töhfəsini verəcəkdir. Biz inanırıq ki, böyük təcrübəsi, minlərlə uğurlu bacarıqlı tələbəsi olan Orta Doğu Texniki Universiteti Bilkənt Universiteti ilə əməkdaşlığımız Azərbaycanda beynəlxalq münasibətlərin sosial elmlərin inkişafında xeyirli olacaq Diplomatik Akademiyada tədrisin mükəməlləşməsinə kömək edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 may.- S.  5.