Son mənzilə

 

Mayın 1-də milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əminə Paşa qızı Dilbazi son mənzilə yola salınmışdır.

Mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Cənazənin önünə unudulmaz sənət ustasının yaradıcılığı boyu aldığı orden medallar, ətrafına isə hökumət təşkilatları müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Əminə Dilbazinin həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın teatrın binasına gəlir, görkəmli sənətkara gözəl insana son borclarını verirdilər.

 

***

 

Matəm mitinqini mədəniyyət turizm naziri Əbülfəs Qarayev açaraq dedi ki, milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi Əminə Dilbazi Azərbaycan xalqının qədim tarixi köklərə malik rəqs sənəti ənənələrinin layiqincə yaşadılmasında əvəzsiz xidmətlər göstərmişdir.

Əminə xanım Dilbazi milli xoreoqrafiya məktəbinin yaradılması inkişafında müstəsna rol oynamışdır. O, XX əsrdə ölkəmizdə qadınların incəsənət sahəsindəki uğurlarının təməlini qoymuş, öz orijinal yaradıcılığı ilə musiqi mədəniyyətimizə güclü təsir göstərmişdir. Ömrünün sonunadək həyatını Azərbaycanda xoreoqrafiyanın inkişafına həsr etmiş, milli rəqslərimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi rəqslər bənzərsizliyi yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Əminə xanım Dilbazinin sevə-sevə canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirmişdir.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş vermişdir. Onun ifa etdiyi "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək, ərəb rəqsləri daxil olan Əminə Dilbazi "Leyli Məcnun" operasında, "Arşın mal alan" "O olmasın, bu olsun" komediyaları s. əsərlərdə rəqslərə quruluş vermişdir.

Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Əminə Dilbazi Fəxri xiyabanda dəfn olunacaqdır.

Sonra çıxış edən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xalq artistləri Ramiz Zöhrabov, Afaq Məlikova Bakı Xoreoqrafiya Məktəbinin direktoru Nilufər Kərimova bildirdilər ki, uzun illər Bakı Xoreoqrafiya Məktəbində Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf etmiş, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə bacarığını əsirgəməmişdir. Onun yetirmələri sənət aləminin yüksək pillələrinə qalxmış, bu sənətin inkişafına böyük töhfələr vermişdir. Əminə Dilbazinin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, bir sıra orden medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Əminə Dilbazi əsl sənətkar olmaqla yanaşı, böyük bəstəkarımız Cövdət Hacıyevin ömür-gün yoldaşı kimi şərəfli bir həyat yolu keçmişdir.

Mərhumun ailəsi adından çıxış edən Mikayıl Hacıyev Əminə xanım Dilbazinin xatirəsinə göstərilən hörmət ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bütün Əminə Dilbazi sənətinin pərəstişkarlarına matəm mərasimində iştirak edənlərə təşəkkürünü çatdırdı.

Sonra tələbələri, ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.

Vida mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iştirak edirdi.

 

***

 

Xalq Artisti Əminə Dilbazinin cənazəsi teatrın binasından qaldırılaraq, Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq unudulmaz sənətkar Əminə Dilbazinin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 may.- S.  5.