Əməkdar pilotAzərbaycan Respublikasının fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin əməyini qiymətləndirmək məqsədi ilə qərara alıram:

 

1. Mülki aviasiya sahəsində “Əməkdar pilot” Azərbaycan Respublikasının fəxri adı təsis edilsin.

2. “Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 5, maddə 312; 2000-ci il, ¹ 4, maddə 268; 2005-ci il, ¹ 3, maddə 165, ¹ 7, maddələr 595, 603, ¹ 11, maddə 1013; 2008-ci il, ¹ 10, maddə 890) 1-ci bəndində:

2.1. birinci abzasda “və kənd təsərrüfatı” sözləri “, kənd təsərrüfatı və mülki aviasiya” sözləri ilə əvəz edilsin;

2.2. on doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bəndə aşağıdakı məzmunda iyirminci abzas əlavə edilsin:

“əməkdar pilot.”.

3. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 300; 2001-ci il, ¹ 7, maddə 467; 2002-ci il, ¹ 6, maddə 341; 2003-cü il,     ¹ 10, maddə 544; 2004-cü il, ¹ 2, maddə 61; 2005-ci il, ¹ 10, maddə 915; 2006-cı il, ¹ 2, maddə 81) aşağıdakı əlavələr edilsin:

3.1. 1-ci bəndin birinci abzasında “bədən tərbiyəsi və idman” sözlərindən sonra “, mülki aviasiya” sözləri əlavə edilsin;

3.2.  4-cü bəndə aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:

“Əməkdar pilot” fəxri adı yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilir.”.

4. “Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 6, maddə 285; 2004-cü il, ¹ 3, maddə 137; 2005-ci il, ¹ 8, maddə 705):

4.1. 3-cü bəndin on səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bəndə aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:

“Əməkdar pilot” fəxri adının döş nişanı və vəsiqəsi - 50 ədəd.”;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası fəxri adlarının döş nişanlarının təsviri”nə aşağıdakı əlavələr edilsin:

4.2.1. birinci abzasın birinci cümləsində “fəxri adlarının” sözlərindən sonra “(“Əməkdar pilot” fəxri adı istisna olmaqla)” sözləri əlavə edilsin;

4.2.2. üçüncü abzasda “Fəxri adların” sözlərindən sonra “(“Əməkdar pilot” fəxri adı istisna olmaqla)” sözləri əlavə edilsin;

4.2.3. aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

“Əməkdar pilot” fəxri adının döş nişanı qabarıq haşiyəyə alınmış çoxbucaqlı formasındadır, eni 27 mm, hündürlüyü 23 mm, qalınlığı isə 2 mm-dir. Döş nişanının yuxarı hissəsində qabarıq formada “AZƏRBAYCAN RESPUBLİKASININ”, aşağı hissəsində “ƏMƏKDAR PİLOTU” sözləri yazılmış və dəfnə budağı təsvir olunmuşdur. Gümüş suyuna çəkilmiş döş nişanının üzərində minalı qatla örtülmüş mavi fonda soldan diaqonal üzrə havaya qalxan reaktiv sərnişin təyyarəsinin qızılı rəngli metaldan təsviri verilmişdir.

Döş nişanı halqa və ilgək vasitəsilə kənarları çıxıntılı olan gümüşü rəngli qəlibə birləşdirilir. Qəlibin üz tərəfi metal arakəsmə vasitəsilə üç hissəyə bölünmüşdür. Hər hissə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun olaraq mavi, qırmızı və yaşıl rəngli minalı qatla örtülmüşdür. Mərkəzi hissədəki qırmızı fonda aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Qəlibin arxa tərəfində döş nişanının geyimə bərkidilməsi üçün element mövcuddur. Qəlibin ölçüləri 27 mm x 20 mm-dir.”;

4.3. həmin Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası fəxri adlarının döş nişanlarının eskizlərinə “Əməkdar pilot” Azərbaycan Respublikasının fəxri adının döş nişanının eskizi əlavə olunsun.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2010-cu il.

 

Azərbaycan.- 2010.-  4 aprel.- S.  1.