Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
80 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2010-cu ilin noyabr
ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının yaradılmasının 80
illiyi tamam olur.
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə
başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına
layiqli töhfələr vermişdir. Akademiyanın yetirmələri
Olimpiya Oyunlarında, dünya və Avropa
çempionatlarında böyük nailiyyətlər qazanaraq
ölkəmizi layiqincə təmsil etmişlər.
Respublikamızda bədən
tərbiyəsi və idman sahəsinin inkişaf etdirilməsi
üçün kadrların hazırlanmasında mühüm
xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının
80 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Milli
Olimpiya Komitəsinin təkliflərini nəzərə almaqla,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 may 2010-cu il.
Azərbaycan.- 2010.- 4 aprel.- S. 1.