H.S.Zeynalovun Türkiyə
Respublikasının İstanbul
şəhərində Azərbaycan
Respublikasının baş
konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2010-cu il.
Azərbaycan.- 2010.- 4 aprel.- S. 1.