İranın daxili işlər naziri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcəyini bildirən Mustafa Məhəmməd Nəccar jurnalistlərə demişdir: "Görüşlərdə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi diqqət mərkəzində olacaqdır. Biz Azərbaycanı özümüzə ən yaxın qonşu, qardaş ölkə hesab edirik".

 

 

Azərbaycan.- 2010.-  4 may.- S.  6.