Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı "dəyirmi masa"

 

Mayın 3-də Mətbuat Şurasında 3 may - Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı "dəyirmi masa" keçirilmişdir.

Tədbir Mətbuat Şurası "Söz Azadlığı Jurnalist Peşəkarlığı Koalisiyası" (SAJPK) tərəfindən təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Azadlığı gününün tarixi barədə məlumat vermişdir. O demişdir ki, Azərbaycan mətbuatı dünya mətbuatının bir parçası kimi uğurla inkişaf edir, ölkədə söz mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır. Hazırda jurnalistikanın inkişafı ilə bağlı bır sıra uğurlu layihələr həyata keçirilir.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat informasiya orqanları ilə sektorunun müdiri Vüqar Əliyev müasir dünyada söz mətbuat azadlığının, demokratiyanın, şəffaflığın təmin olunmasında, vətəndaş cəmiyyəti quruculuğunda KİV-lərin rolunu yüksək qiymətləndirmişdir. Azərbaycanda mətbuata dövlət dəstəyinin hər zaman hiss edildiyi, ölkədə həm elektron, həm yazılı media üçün bərabər səviyyəli imkanların yaradıldığı qeyd olunmuşdur.

V.Əliyev demişdir ki, Azərbaycanda söz mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsi ilə bağlı qəbul olunmuş qanunlar, verilmiş fərmanlar dövlətin bu sahə ilə bağlı nümayiş etdirdiyi siyasi iradənin əyani sübutudur. 1998-ci ildə Azərbaycanda senzuranın ləğvinin söz, fikir məlumat azadlığının inkişafına dövlətin verdiyi ən böyük töhfənin göstəricisi olduğunu söyləyən V.Əliyev demişdir ki, sonrakı illərdə ölkəmizdə KİV-lərin beynəlxalq standartlara uyğun formalaşmağı üçün qanunvericiliyin təkmilləşdirilməsi, informasiya əldə etmək haqqında qanunun qəbulu mətbuatda demokratik dəyərlərin bərqərar olması istiqamətində görülən işlərin tərkib hissəsidir.

Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınmışdır. Həm kəmiyyət, həm keyfiyyət baxımından Azərbaycan mətbuatının region ölkələrini qabaqladığını söyləyən V.Əliyev bölgədə ən azad mətbuatın ölkəmizdə olduğunu söyləmişdir.

Azərbaycanda media azadlığının gücləndirilməsi məqsədi ilə 2008-ci ildə təsdiq edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının böyük əhəmiyyətini qeyd edən sektor müdiri KİV-lərin inkişafının bundan sonra da dövlətin diqqət mərkəzində olacağını bildirmişdir.

"Dəyirmi masa"da "Söz Azadlığı Jurnalist Peşəkarlığı Koalisiyası"nın icrasına başladığı "Etik jurnalistika təşəbbüsləri - Azərbaycan" layihəsinin təqdimatı olmuşdur.

Qeyd edilmişdir ki, bu layihə ölkə mediasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində "yol xəritəsi" mahiyyətini daşıyır əsas donor qismində Avropa Komissiyası çıxış edir. Layihənin Azərbaycan üzrə əlaqələndiricisi Müşfiq Ələsgərli bildirmişdir ki, Beynəlxalq Jurnalistlər Birliyi tərəfindən hazırlanmış bu layihə dünyanın müxtəlif ölkələrində həyata keçirilən proqramdır. Layihə medianın problemlərinin həlli, inkişaf tempi digər məsələləri əhatə edir. Proqram jurnalistlərin təhlükəsizliyi, mətbuatda gender bərabərliyi, həmkarlar ittifaqı, habelə, işçi işəgötürənlər arasında beynəlxalq modelin Azərbaycanda tətbiqi ilə bağlı təlimlərin keçirilməsini nəzərdə tutur.

Tədbirdə çıxış edən Milli Televiziya Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdir ki, bu gün ölkədə KİV-lərin problemi daha çox peşəkarlıqla bağlıdır. Onun sözlərinə görə, peşəkarlığın təmin olunması bir sıra çatışmazlıqları aradan qaldıra bilər.

"Dəyirmi masa"da çıxış edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı publisist Akif Əli, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digərləri medianın cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışmışlar. Vurğulanmışdır ki, bu gün Azərbaycanda mətbuatın inkişafı üçün hər cür şərait yaradılmış, ölkəmizdə söz azadlığına dövlət tərəfindən rəsmi şəkildə təminat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  4 may.- S.  5.