Ukraynanın Ədliyyə
Nazirliyi "Heydər
Əliyev adına Ukrayna-Azərbaycan Təhsil,
Elm, Mədəniyyət
və İdman Mərkəzi" İctimai
Birliyini rəsmi qeydiyyata almışdır
Ukraynanın Ədliyyə Nazirliyi "Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi" İctimai Birliyini rəsmi qeydiyyata almışdır.
Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşəbbüsü ilə yaradılmış İctimai Birliyin sədri sərbəst güləş üzrə dəfələrlə SSRİ və Avropa çempionu olmuş, həmyerlimiz Oleq Krapivindir. UKA sədrinin müavini, Ukrayna Milli Aviasiya Universiteti nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev Mərkəzin direktoru təyin olunmuşdur.
"Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi" İctimai Birliyinin ilk tədbiri ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunacaqdır.
Mayın 8-9-da Kiyevdə ulu öndərin doğum günü münasibətilə beynəlxalq mini-futbol turniri keçiriləcəkdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2010.-4
may.- S. 6.