Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir

 

Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində dahi bəstəkarın həyat yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir.

Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərini nəzərdə tutur. Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcəkdir. Həmin günlərdə Stanislav Dea yerli musiqi məktəblərində ustad dərsləri keçəcəkdir. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs edəcəkdir.

Klassik musiqinin təbliğinə önəm verən Fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında F.Şopenlə yanaşı, D.Şostakoviçin M.Rostropoviçin yubiley gecələri təşkil olunmuşdur. Ənənəvi Beynəlxalq Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı piano müsabiqəsi gənc nəslin musiqi zövqünün formalaşmasına hərtərəfli inkişafına xidmət edir.

 

 

Azərbaycan.- 2010.- 4 may.- S. 6.