"Proteinlərin fəza quruluşunun məlumat bankına informasiya axını onun istifadəsi" mövzusunda elmi seminar

 

Mayın 3-də Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun birgə təşkilatçılığı ilə "Proteinlərin fəza quruluşunun məlumat bankına informasiya axını onun istifadəsi" mövzusunda elmi seminar keçirilmişdir.

Seminar beynəlxalq "Applied and computational mathematics" jurnalının AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycanda bioinformatika elminin yaradıcılarından biri olan Cəlal Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş bioinformatika üzrə xüsusi buraxılışının təqdimatı ilə başlanmışdır. Rabitə informasiya texnologiyaları naziri Əli Abbasov, AMEA-nın prezidenti Mahmud Kərimov akademik Cəlal Əliyevin Azərbaycan elminin inkişafında, bioinformatika sahəsində elmi nailiyyətlərin qazanılmasında misilsiz xidmətlərindən danışmışlar.

Seminarda Böyük Britaniyanın York Universitetinin professoru, riyazi biologiya, kompüter biologiyası bioinformatika sahəsində tanınmış mütəxəssis, C.Əliyevin yetirməsi Qərib Mürşüdovun "Proteinlərin fəza quruluşunun məlumat bankına informasiya axını onun istifadəsi" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzə ilə bağlı çıxışlar müzakirələr olmuşdur.

Tədbirdə AMEA-nın, Rabitə İnformasiya Nazirliyinin, elmi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 may.- S.  6.