A.F.Süleymanovun Türkiyə
Respublikasının Qars
şəhərində Azərbaycan
Respublikasının baş
konsulu təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Ayxan Firudin oğlu Süleymanov Türkiyə
Respublikasının Qars
şəhərində Azərbaycan
Respublikasının baş
konsulu təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2010-cu il
Azərbaycan.- 2010.- 5 may.-S.1.