Azərbaycan enerji təhlükəsizliyi məsələlərində
NATO-nun etibarlı tərəfdaşıdır
Rumıniyanın Azərbaycandakı səfiri, Şimali Atlantika Alyansının (NATO) ölkəmizdəki əlaqələndiricisi Nikolaye Ureke mayın 4-də NATO-nun Bakıda keçirilən konfransında Azərbaycanın Alyansa daxil olmaq imkanları barədə fikirlərini söyləmişdir.
Diplomat demişdir:
"Məqsədimiz Azərbaycanı
NATO standartlarına optimal yaxınlaşdırmaqdır".
O vurğulamışdır
ki, Azərbaycan NATO ilə əməkdaşlıq
dövründə Alyansa
inteqrasiya istiqamətində
böyük uğurlar
qazanmışdır: "Azərbaycan
Şimali Atlantika strukturuna inteqrasiyaya sadiq olduğunu dəfələrlə bəyan
etmişdir. Biz Əfqanıstan, İraq və digər regionlarda sabitliyin yaradılmasına Azərbaycanın
verdiyi töhfəni qiymətləndiririk".
Konfransda çıxış edən
Norveçin Azərbaycandakı
səfiri Yon Romberq bildirmişdir ki, bu ilin noyabrında
Lissabonda, NATO-nun növbəti
sammitində qurumun əsas konsepsiyasını
qəbul etmək planlaşdırılır.
Diplomat demişdir:
"Bu konsepsiya əvvəllər
19 dövləti əhatə
edirdisə, indi həmin siyahı 28 dövlətə qədər
genişlənəcəkdir".
Y.Romberq vurğulamışdır ki,
Azərbaycan enerji təhlükəsizliyi, habelə
Əfqanıstanda və
digər regionlarda birgə əməliyyatların
keçirilməsi məsələlərində
NATO-nun etibarlı tərəfdaşıdır.
Diplomat demişdir:
"NATO-ya üzv olmaq Azərbaycanın öz istəyindən asılıdır. Hər halda,
biz bu ölkə ilə əməkdaşlığı
davam etdirəcəyik.
Azərbaycan Alyansın üzvü
olmaq istəsə, biz
ona bu məsələdə
kömək etməyə
hazırıq".
AzərTAc
Azərbaycan.- 2010.- 5 may.-
S. 1