Azərbaycan və İran arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Mayın 4-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizdə rəsmi səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinin inkişaf səviyyəsi və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılmışdır

 

 

Azərbaycan.- 2010.- 5 may.- S.  5.