Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün böyük potensial vardır

 

Mayın 5-7-də Bakıda keçiriləcək ikinci Belarus milli sərgisinin ekspozisiyasının mərkəzində azərbaycanlı tərəfdaşlarımızla birgə hazırladığımız layihə olacaqdır.

Həmin layihə üzərində üç ildir ki, çalışırıq. Bu, Gəncə avtomobil zavodunun Minsk traktor avtomobil zavodu ilə birgə istehsal etdiyi avtomobillərin traktorların satışı layihəsidir.

Bu sözləri Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirmişdir.

Diplomat vurğulamışdır ki, əvvəlki, birinci Belarus milli sərgisi 3 il əvvəl, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı təşkil olunmuşdu.

Səfir demişdir: "Birinci sərgi Azərbaycan-Belarus münasibətlərinin inkişafına təkan vermişdir. Ümidvarıq ki, indiki sərgi bu vəzifənin yerinə yetirilməsinə xidmət edəcəkdir. Artıq indi məlumdur ki, budəfəki sərgi daha geniş olacaqdır. Bizim bir sıra birgə layihələrimiz vardır, ölkələrimizin iqtisadiyyatları bir-birini tamamlayır. Elə biz bu potensialdan istifadə etmək istəyirik".

 

 

Azərbaycan.- 2010.- 5 may.- S. 7.