Ədliyyə Nazirliyinin əməkdaşları
Heydər Əliyev Fondunda olmuşlar
Mayın 5-də Ədliyyə
Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondu ilə
Bildirilmişdir ki, Azərbaycan
xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti
olaraq yaradılan fondun məqsədi görkəmli siyasi xadim
Heydər Əliyevin zəngin dövlətçilik və
siyasi irsini öyrənmək, Azərbaycanın sosial-iqtisadi,
mədəni tərəqqisinə yönələn
genişmiqyaslı fəaliyyəti barədə gələcək
nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür
yaratmaq, ölkəmizin mədəniyyəti və tarixinin
geniş təbliği ilə əlaqədar aparılan işlərə
kömək göstərməkdir.
Ümummilli liderin şəxsi
arxivindən götürülən eksponatlar qonaqlarda zəngin
təəssürat yaratmışdır. Heydər Əliyevin
dövlətçiliyə sonsuz sədaqəti və millətsevərliyi,
sözün həqiqi mənasında, nəsillərə
örnəkdir. Ulu öndərin müxtəlif dövrlərdə
respublikamıza rəhbərlik etdiyi illərdə çəkilmiş
fotolar və qiymətli eksponatlar şərəfli
ömrün salnaməsini xatirələrdə bir daha
canlandırır. Məlumat verilmişdir ki, zəngin, şərəfli
və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik
orqanlarında xidmətə həsr edən ümummilli lider
dövlətçiliyimizin möhkəmlənməsində,
xalqımızın milli maraqlarının və mənafelərinin
qorunmasında böyük işlər
görmüşdür.
Ulu öndər şərəfli
ömür yolunu bütünlükdə doğma Vətəninin
tərəqqisi işinə həsr etmişdir. Azərbaycanın
dünəni, bugünü və sabahı Heydər Əliyevin
ölməz adı və əbədiyaşar ideyaları ilə
bağlıdır.
Fondla tanışlıqdan
sonra nazirliyin əməkdaşları dahi şəxsiyyətin
həyat və fəaliyyəti haqqında "Böyük
ömrün anları" filminə baxmışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 6 may.- S.
4.