Bakıda ikinci
Mayın 5-də Heydər Əliyev
adına İdman-Konsert Kompleksində ikinci
Açılış mərasimində
Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus
hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq
üzrə komissiyanın həmsədri Andrey Kobyokov son illər
dövlətlərimizin başçılarının
müntəzəm görüşlərinin ölkələrimiz
arasında ticarət və iqtisadi sahələrdə əməkdaşlığın
inkişafına böyük təkan verdiyini
vurğulamışdır. Bildirmişdir ki, ölkələrimiz
arasında əmtəə dövriyyəsi son zamanlar 4 dəfə
artaraq 130 milyon ABŞ dolları təşkil etmişdir, lakin
bu göstəricinin daha yüksək olması
üçün böyük potensial vardır. Azərbaycan
Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr
Lukaşenkonun tapşırıqlarına əsasən əmtəə
dövriyyəsi yaxın zamanlarda 500 milyon dollara, gələcəkdə
isə 1 milyard dollara çatdırılmalıdır. Bu,
ölkələrimiz arasında əməkdaşlığın
yeni mərhələsi olacaqdır.
Hazırda Bakıda
açılan ikinci
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini Yaqub Eyyubov ümummilli lider Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində
Bakıda belə mötəbər sərginin keçirilməsindən
məmnunluğunu bildirmiş, ölkələrimiz arasında
iqtisadi əlaqələrin inkişafından
danışmışdır.
Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın son illər qazandığı nailiyyətlər diqqətə çatdırılmışdır. Təsadüfi deyildir ki, makroiqtisadi sabitlik, dövlət idarəetmə institutlarının və infrastrukturun səviyyəsi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının mükəmməllik səviyyəsi və s. mühüm meyarlar əsasında hesablanan "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan 133 ölkə arasında 18 pillə irəliləyərək 51-ci yerə yüksəlmişdir. Azərbaycan son illər ümumi daxili məhsulun artım tempinə görə nəinki MDB məkanında, ümumiyyətlə, dünyada lider ölkələrdən biridir.
Vurğulanmışdır ki, Azərbaycan rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdən biri də xarici və yerli iş adamları üçün əlverişli fəaliyyət şəraitinin yaradılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır. Belarus iş adamlarına Azərbaycanda fəaliyyət göstərmələri üçün hər cür əlverişli şəraitin yaradılacağına əminlik nəzərə çarpdırılmışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov və digər qonaqlar sərgi ilə tanış olmuşlar.
Sərgidə Belarusun 150-dək aparıcı müəssisəsinin məhsulları nümayiş etdirilir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısındakı açıq meydançada "Minsk təkərli yedəklər zavodu", "BelAZ", "Minsk traktor zavodu" istehsalat birliklərinin, eləcə də Gəncə avtomobil zavodunun Minsk traktor və avtomobil zavodları ilə birgə istehsal etdiyi texnika diqqəti xüsusilə cəlb etmişdir.
Sərgi çərçivəsində, həmçinin seminarların, "dəyirmi masa"ların, biznes tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Sərgi
mayın 7-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 6
may.- S. 5.