1941-1945-ci illər
Böyük Vətən
müharibəsində Qələbənin
65-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir
Bakı Dövlət Universitetində (BDU) 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini bildirmişlər. Bu müharibədə tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan bəhs edən natiqlər faşizmə qarşı vuruşlarda qəhrəmanlıqlar göstərmiş azərbaycanlıların yüksək fəxri adlara layiq görüldüklərini diqqətə çatdırmışlar.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayaraq dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişlər.
Konfransda əlamətdar gün münasibətilə
1941-1945-ci illər Böyük
Vətən müharibəsi
veteranlarına mükafatlar
təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 6 may.- S. 6.