Neftçilər faşizm üzərində Qələbənin
65 illiyini qeyd edirlər
Faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə ARDNŞ-nin idarə və müəssisələrində rəngarəng tədbirlərin keçirilməsi planlaşdırılıb.
Şirkətin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət saraylarında və məktəbəqədər tərbiyə müəssisələrində bu münasibətlə bir sıra mədəni-kütləvi tədbirlər keçiriləcək. "Mərdəkan" Mədəniyyət sarayında "Ümid sənədir ancaq, Azərbaycan əsgəri", Qurban Abbasov adına Mədəniyyət sarayında "Qələbə, qələbə, ancaq qələbə" adlı bədii-musiqili kompozisiyalar hazırlanıb. Əli Əmirov adına Mədəniyyət sarayının bədii kollektivi Bakıda yerləşən "N" saylı hərbi hissənin şəxsi heyəti qarşısında "Qələbənin əsgərləri" adlı konsert proqramı ilə çıxış edəcək. Vaqif Mustafazadə adına Mədəniyyət sarayında "O günlərin xatirəsi əbədidir", Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı tədbirlərdə müharibə veteranlarının iştirakı nəzərdə tutulur.
II Dünya müharibəsinin
veteranları keçdikləri
şərəfli döyüş
yolu ilə bağlı xatirələrini
tədbir iştirakçıları
ilə bölüşəcəklər.
Adil İsgəndərov
adına Mədəniyyət
sarayında bədii özfəaliyyət kollektivlərinin
iştirakı ilə
faşizm üzərində
Qələbənin 65 illiyinə
həsr olunan geniş konsert proqramı təqdim ediləcək. Sosial İnkişaf İdarəsinin
uşaq bağçalarında
da Qələbənin
65 illiyi münasibətilə
uşaqların çəkdiyi
rəsmlərdən, hazırladıqları
əl işlərindən
ibarət sərgilərin,
digər tədbirlərin
keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan.- 2010.- 6 may.- S.
6.