Nigeriya Federativ Respublikası prezidentinin vəzifəsini icra edən Nigeriya Federativ Respublikasının vitse-prezidenti zati-aliləri cənab Qudlak Conatana

 

Hörmətli cənab Qudlak Conatan!

Nigeriya Federativ Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Umaru Yar'Aduanın vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə bütün Nigeriya xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 may 2010-cu il

 

Azərbaycan.- 2010.-  7 may.- S.  1.