Qələbənin 65 illiyi münasibətilə Müdafiə Nazirliyi silsilə tədbirlər həyata keçirir

 

Faşizm üzərində Qələbənin 65 illik yubileyi münasibətilə mayın 6-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müharibə veteranları ilə görüşmüşdür.

Görüşdə nazir bildirmişdir ki, qələbənin əldə edilməsində həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz rəşadət göstərmişlər. Prezident İlham Əliyevin "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın təsdiq edilməsi barədə xüsusi Sərəncam imzaladığını deyən Səfər Əbiyev bu qərardan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini bildirmişdir.

Görüşün sonunda nazir Səfər Əbiyev veteranları bir daha təbrik edərək onlara "Qələbənin 65 illik yubileyi medalı" və qiymətli hədiyyələr təqdim etmişdir.

 

 

Azərbaycan.- 2010.-  7 may.- S.  2.