İstiqlal Muzeyində Qələbənin 65 illiyinə həsr olunmuş sərgi açılmışdır

 

Mayın 6-da Azərbaycan İstiqlal Muzeyində Qələbənin 65 illiyinə həsr olunmuş "Tarixin ibrət dərsləri" adlı sərgi açılmışdır.

Sərgidə Sovet İttifaqi qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin muzeyin fondunda saxlanılan şəxsi əşyaları, Azərbaycan Dövlət kino-foto sənədlər arxivindən fotoşəkillər, plakat kolleksiyası rəsm əsərləri nümayiş etdirilir.

Açılış mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Belarusun Rusiyanın ölkəmişdəki səfirliklərinin nümayəndələri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin oğlu Sabir Quliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, 1941-45-ci illər müharibəsinin veteranları, Daxili Qoşunların əsgərləri ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Muzeyin 3 zalında "Azərbaycan 1941-45-ci illər müharibəsində", "Azərbaycanın Qızıl Ulduzları", "1941-45-ci illər müharibəsini əks etdirən plakatlar rəsm əsərləri" mövzularında nümayiş etdirilən sərgi tamaşaçıların marağına səbəb olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  7 may.- S.  9.