İstanbulda Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı başa çatmışdır

 

Mayın 7-də İstanbul Konqres Mərkəzində dünyanın 40-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı başa çatmışdır.

Sonuncu günün ilk toplantısında İstanbuldakı müxtəlif dinlərin rəhbərləri - Türkiyə Diyanət İşləri İdarəsi sədrinin müavini İzzət Ər, yunan Ortodoks kilsəsinin patriarxı Bartolomeos, Vatikanın Ankaradakı səfiri Antonio Lusibello dinlərarası dialoqun zəruriliyini vurğulamış, dini etiqadların sülhə sabitliyə xidmət etməsinin vacibliyindən bəhs etmişlər.

Sonra insan haqları yoxsulluğun azaldılması mövzuları ətrafında çıxışlar olmuşdur. Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkəmizdə insan haqlarının qorunması sahəsində əldə olunmuş uğurlardan bəhs etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 8 may.- S.  1.