Dövlət Dəniz
Administrasiyasında keçirilən "dəyirmi masa"da
Heydər Əliyevin xatirəsinə ehtiram bildirilmişdir
Tədbiri giriş sözü ilə açan Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmış, ulu öndərin keçdiyi çətin və şərəfli yola nəzər salmışdır.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz rolu təkrarsız bir siyasi fəaliyyət nümunəsi hesab olunmalıdır. Müstəqil, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Natiq ulu öndərin həyatımızın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı kompleksinin yaradılması və inkişafı istiqamətində də müstəsna xidmətləri olduğunu qeyd etmişdir: "Heydər Əliyevin gələcəyi görmək qabiliyyəti sayəsində onun SSRİ dövründə təməlini qoyduğu işlər qorunaraq daha da inkişaf etdirilmişdir. Dəniz donanmasına malik digər keçmiş sovet respublikalarında bu qurumlar israf edildiyi halda, ölkəmizdə dövlət iqtisadiyyatının strateji cəhətdən mühüm sahələrindən biri üzərində ciddi nəzarət saxlanılıb. Azərbaycan hələ 1995-ci ildən hazırda 182 dövlətin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının bərabərhüquqlu üzvüdür. Respublikamız 20-dən artıq beynəlxalq konvensiyaya və konvensiya protokollarına qoşulmuşdur. Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rolu olan dəniz nəqliyyatı hazırda qarşıda duran mühüm vəzifələri layiqincə yerinə yetirir.
"Dəyirmi masa"da ADDA-nın gəmi heyəti şöbəsi pasport sektorunun müdiri Tofiq Mədətov, mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev, gəmi heyəti şöbəsinin aparıcı məsləhətçisi Aynurə Əliyeva və başqaları ümummilli liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi islahatların aparılması, dövlət idarəçiliyində Azərbaycan qadınlarının rolunun yüksəldilməsi və ictimai-siyasi həyatın digər sahələrində həyata keçirdiyi möhtəşəm işlərdən danışmışlar.
Azərbaycan.- 2010.- 8 may.- S.
10.