Ədliyyə işçiləri əbədiyaşar liderin müəyyənləşdirdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlar

 

Müasir Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.

Ədliyyə fəaliyyətinin təşəkkülü inkişafının təmin edilməsi, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz fəaliyyətinin bütün dövrlərində milli ədliyyə sisteminin inkişafına xüsusi diqqət yetirilmiş, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun cəmiyyətdə rolu nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.

Mayın 7-də Ədliyyə Nazirliyində dahi öndərin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdən öncə nazirliyin bir qrup əməkdaşı ümummilli liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq, Heydər Əliyev Fonduna gəlmiş, şərəfli ömrünü xalqımızın dövlətimizin tərəqqisinə həsr etmiş görkəmli siyasi xadim Heydər Əliyevin mənalı həyatı dövlətçilik fəaliyyətinə dair zəngin təəssürat yaradan fotolar eksponatlarla tanış olmuş, dahi şəxsiyyət haqqında "Böyük ömrün anları" filminə baxmışlar.

Nazirlikdə keçirilən mərasimdə ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanın özü qədər əbədi olan ümummilli liderimiz Heydər Əliyevin zəngin həyatından xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışmış, müasir dövlətçiliyimizin qorunmasında inkişafında xüsusi rolunu qeyd etmiş, dahi öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə böyük nailiyyətlər əldə edildiyini vurğulamışdır.

Çıxış edən ədliyyə işçiləri müasir hüquq ədliyyə sisteminin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış mütərəqqi hüquqi islahatlarla bağlı məlumat vermiş, əbədiyaşar liderin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiq qalaraq müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına daim layiqli yardımçı olacaqlarını bildirmişlər.

Nazirliyin əməkdaşları Heydər Əliyev muzeyində dahi öndərin mənalı həyatını misilsiz xidmətlərini əks etdirən ekspozisiyalarla tanış olmuş, ümummilli liderə həsr olunmuş filmlərə baxmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 may.- S.  5.