Milli Aviasiya Akademiyasında "Cinayət və cinayət prosessual hüquqda problemlər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

Mayın 7-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Milli Aviasya Akademiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci və Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümlərinə həsr olunmuş "Cinayət və Cinayət prosessual hüquqda problemlər" mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin konfrans iştirkaçılarına təbrik məktubu oxunmuşdur.

Dövlət himni səsləndikdən sonra ümummilli lider Heydər Əliyevin mülki aviasiyanın inkişafındakı xidmətlərinə və Qələbənin 65 illiyinə həsr olunmuş video-çarxlar nümayiş etdirilmişdir.

Sonra çıxış edən akademiyanın kafedra müdiri İbrahim Quliyev Azərbaycanın inkişafında, dünya miqyasında tanınmasında ümummilli liderin xidmətlərindən danışmışdır. Tədbirdə həmçinin ulu öndər Heydər Əliyevin müharibə veteranlarına daim diqqət və qayğı ilə yanaşdığı xüsusi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2010.-  9 may.- S.  13.