Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Moskvaya işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını
Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov yola saldılar.
***
Prezident İlham Əliyev həmin gün Moskvaya gəlmişdir.
Dövlətimizin başçısını
Vnukovo-2 hava limanında
Rusiyanın dövlət
və hökumət nümayəndələri böyük
hörmət və ehtiramla qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2010.- 9
may.- S. 1.