Azərbaycanın dahi oğlu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır

 

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar sevənlər yeddinci ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident İlham Əliyev ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoydular.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  12 may.- S.  1.